Bakı. Trend:
İsrail, İrana qarşı qabaqlayıcı zərbə endirməyi düşünür.
Trend-in məlumatına görə, bu barədə İsrailin "Kanal 14" televiziyası xəbər verib.
Məlumata görə, İranın mühüm nüvə obyektinin yerləşdiyi Nətənzdəki sənaye şəhərciyində partlayış səsi eşidilib.
Bundan əlavə, Kaşan və Nətənz şəhərlərində, eləcə də İsfahanın şimalında bəzi bölgələrdə elektrik enerjisi kəsilib.