...

Trump Media-nın səhmləri Nasdaq-da 15% bahalaşıb

Dünya xəbərləri Materials 6 Noyabr 2024 00:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın “Trump Media” şirkətinin səhmləri “Nasdaq” elektron birjasında 15% artım göstərib.

Trend-in məlumatına görə, “Truth Social” sosial şəbəkəsinin sahibi olan “Trump Media & Technology Group Corp”un səhmləri 14,44% artaraq hər biri 39,3 dollara yüksəlib. Bakı vaxtı ilə saat 22:25-də artım sürətlənərək qiymət hər səhm üçün 39,57 dollara (+15,23%) çatıb.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Seçicilər prezident, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, eləcə də 11 ştatın və 2 ərazinin qubernatorlarını seçəcəklər.

Respublikaçı namizəd Donald Tramp və hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.

Xəbər lenti

Xəbər lenti