...

Qırğızıstan və Macarıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar

Dünya xəbərləri Materials 5 Noyabr 2024 21:39 (UTC +04:00)
Qırğızıstan və Macarıstan  strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Abdullo Janob
Abdullo Janob
Bütün xəbərlər

Bişkek. Trend:

Qırğızıstan və Macarıstan genişləndirilmiş strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.

Trend xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bəyannamə, Qırğızıstan Prezidenti Sadır Cəfərov və Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən danışıqlardan sonra imzalanıb.

Bununla yanaşı, aşağıdakı sənədlər də imzalanıb:

- Qırğızıstan Respublikasının Ədliyyə Nazirliyi ilə Macarıstan Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üzrə əməkdaşlıq proqramı;

- Qırğızıstan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2025-2027-ci illər üzrə STIPENDIUM HUNGARICUM proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban hazırda Qırğızıstanda rəsmi səfərdədir və noyabrın 6-da Türk Dövlətləri Təşkilatının Bişkekdə keçiriləcək 11-ci sammitində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti