Bakı. Trend:
Perunun mərkəzi bölgəsində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yeraltı təkanların episentrinin Huankavelika şəhərindən 18 km cənub-qərbdə yerləşdiyini bildirib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir.