...

ABŞ İraqdan İranın hücumlarının qarşısını almasını tələb edib

Dünya xəbərləri Materials 6 Noyabr 2024 04:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Co Baydenin administrasiyası İraqın baş naziri Məhəmməd əl-Sudanidən İranın İraq ərazisindən İsrailə hücum planlarının qarşısını almasını tələb edib. Əks təqdirdə, İsrailin İraqa qarşı cavab hücumu təşkil edəcəyi bildirilib.

Trend-in Axios portalına istinadən verdiyi xəbərə görə, Bayden administrasiyasının nümayəndəsi İraqın baş nazirinə “Əgər bunu etməsəniz, biz İsrailin İraqa hücum etməsinə mane ola bilməyəcəyik” deyə xəbərdarlıq edib.

Məlumata görə, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibi Entoni Blinken İranın İsrailə qarşı mümkün hücum planlarını müzakirə ediblər və əl-Sudanini xəbərdar ediblər ki, o, İranın İraqdan İsrailə hücum etməsinə icazə verməməlidir. Onlar həmçinin, İraqın baş nazirindən şiə silahlılarının İsrailə və İraq ilə Suriyada yerləşən ABŞ qüvvələrinə qarşı hücumlarının dayandırılmasını tələb ediblər.

Bu məsələ ilə bağlı Ağ Ev, Dövlət Departamenti və İraqın Vaşinqtondakı səfirliyi hər hansı bir şərh verməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti