Bakı. Trend:
NATO-nun Baş katibi Mark Rutte İtaliyaya rəsmi səfər edib.
Trend-in məlumatına görə, İtaliya Nazirlər Şurasının açıqlamasına əsasən, səfər çərçivəsində Romada Baş nazir Ciorcia Meloni ilə görüş keçirilib. Görüşdə, qlobal qeyri-sabitlik şəraitində ümumi təhlükəsizliyin əsas sütunu olaraq NATO-nun rolu və İtaliyanın Avroatlantik müdafiəyə verdiyi töhfələr müzakirə edilib.
Həmçinin, Ukraynanın müdafiəsi, NATO-nun Avropa sütununun daha innovativ və rəqabətədavamlı müdafiə sənayesi ilə gücləndirilməsi və Alyansın yeni təhlükəsizlik çağırışlarına uyğunlaşması barədə müzakirələr aparılıb.
Mark Rutte, həmçinin İtaliya Prezidenti Sercio Mattarella ilə də görüşüb.