...

Məhkəmə Valensiyada daşqınlar nəticəsində 89 nəfərin itkin düşə biləcəyini bildirib

Dünya xəbərləri Materials 6 Noyabr 2024 01:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın şərqində yerləşən Valensiya muxtar icmasında baş verən daşqınlar nəticəsində ən azı 89 nəfərin itkin düşdüyü bildirilib.

Trend-in məlumatına görə, bu barədə X-da rayonun Ali Məhkəməsi açıqlama verib. Məhkəmə ekspertlərinin və təhlükəsizlik qüvvələrinin apardığı araşdırmalar nəticəsində itkin düşmüş şəxslərlə bağlı ümumilikdə 89 hadisə qeydə alınıb.

İspaniyanın Dövlət Meteorologiya İdarəsi oktyabrın 29-da güclü yağışlarla əlaqədar ölkənin müxtəlif bölgələrində əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etmişdi. Krallığın cənub və şərqində yağan yağışlar hava təhlükəsini maksimuma yüksəldib. Təbii fəlakət ən çox Valensiya Muxtar İcmasında daşqınların qeydə alındığı bölgələrdə təsirini göstərib.

Hazırda bölgədə 211 ölüm halının baş verdiyi məlumdur, itkin düşənlərin axtarışları isə davam edir.

Xəbər lenti

Xəbər lenti