Bakı. Trend:
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, Florida ştatının Uest Palm Biç şəhərində səsvermədə iştirak etdikdən sonra jurnalistlərə verdiyi açıqlamada, seçkilərin ədalətli keçirildiyi təqdirdə, nəticələri qəbul edəcək ilk şəxs olacağını bildirib.
Trend-in məlumatına görə, Tramp seçkilərdə qalib gələcəyinə inandığını vurğulayıb: “Eşitmişəm ki, biz yaxşı irəliləyirik. Nəticələr arasında böyük fərq olacaq," - deyən namizəd öz seçki kampaniyasının ABŞ tarixində ən uğurlu kampaniyalardan biri olduğunu qeyd edib.
Tramp, seçki nəticələrindən sonra tərəfdarlarına zorakılığa əl atmamaq barədə çağırış edib-etməyəcəyi ilə bağlı suala isə belə cavab verib: “Heç kəsə heç nə deməyəcəm, çünki heç bir zorakılıq olmayacaq. Məni dəstəkləyənlər zorakı insanlar deyil."
Tramp əlavə edib ki, "Biz böyük ölkəyik, lakin ölkəmiz çətin vəziyyətdədir. Bütün bunları düzəltməliyik."