Bakı. Trend:
Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində "Euronews" telekanalı Azərbaycanın genişmiqyaslı hazırlıqları və bu əsas iqlim konfransına ev sahibliyi etməyin əhəmiyyəti haqqında reportaj hazırlayıb.
Trend xəbər verir ki, reportajda qeyd edilir ki, 40 mindən çox nümayəndə və dünya liderlərinin kritik iqlim maliyyəsi və emissiyaların azaldılması problemlərini müzakirə etmək üçün bir araya gələcəyi konfrans üçün 112 min kvadratmetrlik xüsusi sahə yaradılıb.
"Azərbaycan üçün COP29 iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini vurğulayır və ölkənin turizm məkanı kimi artan cəlbediciliyini nümayiş etdirir", - deyə reportajda bildirilir.