...

ABŞ-da seçki məntəqələrinə bomba təhdidi ilə bağlı çoxsaylı yalan zənglər gəlib

Dünya xəbərləri Materials 6 Noyabr 2024 04:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da keçirilən prezident seçkiləri zamanı seçki məntəqələrində bomba olması ilə bağlı 30-a yaxın yalan məlumat daxil olub.

Trend-in CBS telekanalına istinadən verdiyi xəbərə görə, bu saxta bomba təhlükəsi zənglərinin 17-yə yaxını Corciya ştatında qeydə alınıb. Digər kritik ştatlar olan Arizona, Miçiqan və Viskonsində də oxşar yalan zənglər edilib.

Əvvəllər Corciyada iki seçki məntəqəsi bomba təhdidi səbəbilə yarım saatlıq fəaliyyətini dayandırıb.

Xəbər lenti

Xəbər lenti