...

Fransada dəmir yolu işçiləri tətilə hazırlanır

Dünya xəbərləri Materials 6 Noyabr 2024 05:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada bütün dəmir yolu işçilərinin həmkarlar ittifaqları noyabrın 21-də bir günlük tətil keçirmək qərarına gəlib.

Trend-in “Figaro”ya istinadən verdiyi xəbərə görə, bu tətil Milli Dəmir Yolları Şirkətinin (SNCF) yük bölməsinin kiçik strukturlara bölünməsi ilə bağlı müzakirələrə qarşı keçiriləcək.

Əgər tərəflər arasında razılıq əldə olunmazsa, dekabrda daha uzunmüddətli tətillərin baş tutacağı gözlənilir.

Həmkarlar ittifaqları bu tətilin “hökumətin qeyri-legitim addımlarına cavab” olduğunu vurğulayıb. Qeyd edək ki, Avropa Komissiyası SNCF-in yük bölməsinin özəlləşdirmə məqsədilə daha kiçik strukturlara parçalanması üçün Fransa hökumətinə təzyiq göstərir.

Xəbər lenti

Xəbər lenti