...

Şahmat üzrə Azərbaycan çempionatında iştirakçı sayı açıqlanıb

İdman Materials 6 Dekabr 2024 03:03 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ildə keçiriləcək şahmat üzrə Azərbaycan çempionatının iştirakçı sayı və seçim proseduru bəlli olub.

Trend xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti açıqlayıb.

Yarışa qatılmaq istəyənlər qeydiyyatın 2-ci mərhələsindən keçməlidir. Bu mərhələ dekabrın 10-dək davam edəcək. FİDE-nin 2024-cü il dekabr ayına olan reytinq cədvəlində ən yüksək əmsala malik 14 kişi və 8 qadın şahmatçı qeydiyyata alınacaq.

Qeyd edək ki, şahmatçıların qeydiyyatı dekabrın 3-də start götürüb.

Xəbər lenti

Xəbər lenti