Bakı. Trend:
Bu gün Millətlər Liqasında final və 3-cü yer uğrunda oyunlar baş tutur.
Trend-in məlumatına görə, finalda Portuqaliya və İspaniya yığmaları qarşılaşacaq.
Günün ilk qarşılaşmasında isə üçüncü yer uğrunda mübarizə aparılıb. Bu oyunda Fransa millisi Almaniyanı 2:0 hesabı ilə məğlub edib.