...

SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

İqtisadiyyat Materials 12 Oktyabr 2016 10:38 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin sentyabr ayında dövlət büdcəsinə 119 milyon 443 min manat vəsait ödənilib.
SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin sentyabr ayında dövlət büdcəsinə 119 milyon 443 min manat vəsait ödənilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 24 milyon 827 min manat vəsait ödənilib. Bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 816 min manat vəsait köçürüb. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 1 milyon 28 min manat və ya 108,7 faiz çox olub.

2016-cı ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 107 milyon 163 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyon 940 min manat və ya 102,8 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti