...

SOCAR-ın dövlət büdcəsinə iyul üzrə ödənişləri - 28 milyon 954 min manat olub

İqtisadiyyat Materials 8 Avqust 2017 10:49 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin iyul ayında dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödənilib.
SOCAR-ın dövlət büdcəsinə iyul üzrə ödənişləri - 28 milyon 954 min manat olub

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin iyul ayında dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödənilib. Bu barədə Trend SOCAR-ın rəsmi saytına istinadən məlumat verir. Məluamat görə, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 milyon 755 min manat və ya 101,4 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında büdcəyə 914 milyon 566 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 milyon 625 min manat və ya 115,9 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin iyul ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 959 min manat vəsait köçürülmüşdür. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 875 min manat və ya 107,2 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 87 milyon 251 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 5 milyon 635 min manat və ya 106,9 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti