Bakı. Trend:
"AXA MBASK" Sığorta Şirkəti Marxal Resort&Spa (Şəki) “Gələcəyin agentləri bizik” adlı Sığorta Agentliklərinin Yeddinci İllik Forumunu keçirib.
Şirkətdən Trend-ə verilən məlumata görə, üç gün davam edən Forumda "AXA MBASK"la əməkdaşlıq edən sığorta agentliklərinin rəhbərləri və sığorta agentləri iştirak ediblər.
Forumda dünya sığorta bazarında agentlərin fəaliyyətlərinə müsbət təsir edəcək son yeniliklər və bu yeniklərin yerli bazarda tədbiqi imkanlarını, sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, agent şəbəkəsi vasitəsi ilə könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərin avtomatlaşdırılması üzrə təkliflər və layihələr müzakirə olunub.
Rəsmi hissədən sonra Forum iştirakçıları onların şərəfinə təşkil olunmuş təntənəli axşam yeməyinə dəvət olundular, burada iştirakçılara xatirə mükafatları və hədiyyələr təqdim edildi.
Qeyd edək ki, "AXA MBASK" SŞ-nın keçirdikləri sığorta agentliklərinin forumları Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir.
Müştərilərlə sıx əlaqə quran və onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.
"AXA MBASK"ın dəstəyi ilə sahibkarlıq prinsipinə uyğun olaraq, öz portfelini quran sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-dən çox sığorta polislərinin satışı məntəqəsi açılmışdır.