Bakı. Trend:
18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisi öz işinə başlayacaq.
Bu barədə Trend-ə ITECA-dan məlumat verilib.
Bununla Xəzər İnşaat Həftəsinə start veriləcək. Müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri “WorldBuild Baku” sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir.