...

Manatın məzənnəsi ilə bağlı YENİ PROQNOZ

İqtisadiyyat Materials 21 Dekabr 2017 19:14 (UTC +04:00)
Qeyri-neft gəlirlərinin artması manatın məzənnəsini təhlükəsizləşdirəcək
Manatın məzənnəsi ilə bağlı YENİ PROQNOZ

Bakı. Ənvər Məmmədov - Trend:

Qeyri-neft gəlirlərinin artması manatın məzənnəsini təhlükəsizləşdirəcək.

Trend-in məlumatına görə, bunu “AzFinance” investisiya şirkətinin direktor müavini Murad Əhmədov deyib.

O qeyd edib ki, milli valyutanın məzənnəsinin dəstəklənməsi üçün xammal amilindən asılılığı azaltmaq lazımdır:

“Bu gün dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı kifayət qədər yüksəkdir. Əgər biz neft gəlirlərinin xüsusi çəkisinin azalmasına nail olsaq, demək olar ki, dolların məzənnəsi iki manatı ötməyəcək. Əks təqdirdə neft qiymətlərinin tərəddüdü və əsas ticarət tərəfdaşlarımız – Türkiyə, Rusiya və Qazaxıstanın valyutalarının dəyişkənliyi manatın dollara nisbətdə məzənnəsinə təzyiq göstərəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti