...

Bakının iki rayonunda 50 dayanacaq quraşdırıldı (FOTO)

İqtisadiyyat Materials 2 Mart 2018 14:47 (UTC +04:00)
Paytaxtın Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib.
Bakının iki rayonunda 50 dayanacaq quraşdırıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib.

BNA-dan Trend-ə verilən məlumata görə, bunlardan da 27-də pavilyon quraşdırılıb.

Məqsəd, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti