...

“AzSığorta” ASC-də İdarə Heyəti Sədrinin müavini vəzifəsinə yeni təyinat olub

İqtisadiyyat Materials 18 Aprel 2018 11:27 (UTC +04:00)
Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” ASC-nin İdarə Heyəti Sədrinin müavini vəzifəsinə Yusif Soltanov təyin olunub.
“AzSığorta” ASC-də İdarə Heyəti Sədrinin müavini vəzifəsinə yeni təyinat olub

Bakı. Trend:

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “AzSığorta” ASC-nin İdarə Heyəti Sədrinin müavini vəzifəsinə Yusif Soltanov təyin olunub.

ASC-dən Trend-ə verilən məlumata görə, Yusif Soltanov sığorta sahəsində, eyni zamanda rəhbər vəzifələrdə geniş təcrübəyə malikdir. Müxtəlif dövrlərdə “AzSığorta” ASC-də Satış Departamentinin direktoru, Əmlak Sığortası Departamentinin direktoru, Strateji Əlaqələr Blokunun rəhbəri, Satış rəhbəri vəzifələrində çalışıb. Y. Soltanov Azərbaycan Dövlət İqtisad Universitini və Belarus Mülki Müdafiə Universitetini bitirib.

Şirkətin yenilənmiş İdarə Heyəti üzvləri hazırda aşağıdakı kimidir:

Anar Talıbov - İdarə Heyətinin Sədri

Zöhrab Şirinov - İdarə Heyəti Sədrinin müavini

Yusif Soltanov - İdarə Heyəti Sədrinin müavini

Ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. “Fitch” beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını və maliyyə dayanıqlılığı üzrə kredit reytinqini "B" səviyyəsində təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti