...

İranlı nazir müavini "Şimal-Cənub" layihəsinin imkanları barədə (ÖZƏL)

İqtisadiyyat Materials 27 İyun 2018 07:08 (UTC +04:00)
“Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəyə verilməsi Azərbaycanla İran arasında müxtəlif sahələrd əməkdaşlığın səviyyəsini artırmağa imkan verəcək
İranlı nazir müavini "Şimal-Cənub" layihəsinin imkanları barədə (ÖZƏL)

Bakı. İlkin Şəfiyev, Kamyar İqbalnecad - Trend:

“Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəyə verilməsi Azərbaycanla İran arasında müxtəlif sahələrdə əməkdaşlığın səviyyəsini artırmağa imkan verəcək.

Bunu Trend-ə İranın yol və şəhərsalma nazirinin müavini, “İran dəmir yolları” İdarə Heyətinin sədri Səid Məhəmmədzadə deyib.

O bildirib ki, “Şimal-Cənub” layihəsi hər iki ölkə üçün yaxşı imkanlar açacaq:

“Layihə həmçinin İranla Rusiya arasında dəmiryol əlaqəsini qurmağa kömək edəcək. Bu, bizim üçün çox vacibdir, çünki Rusiyanın qərbi konteynerlərin yüklənməsi və boşaldılması mərkəzidir”.

Nazir müavini həmçinin İranın Çehbehar limanı ilə Xəzəryanı dövlətlər arasında əlaqənin qurulmasının vacibliyini qeyd edib və əlavə edib ki, hazırda İranın Çehbahar və Zahedan şəhərləri arasında dəmir yolu xətti tikilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti