...

ABŞ eksperti Riçard Rasmussen Azərbaycanda biznes seminarları keçirir

İqtisadiyyat Materials 26 İyun 2018 13:29 (UTC +04:00)
Silikon Vadisində fəaliyyət göstərən ekspert və sərmayədar, Berkli və Standfor universitetlərində biznesin inkişafı sahəsində mühazirələr oxuyan Riçard Rasmussen Azərbaycanda səfərdədir.
ABŞ eksperti Riçard Rasmussen Azərbaycanda biznes seminarları keçirir

Bakı. Trend:

Silikon Vadisində fəaliyyət göstərən ekspert və sərmayədar, Berkli və Standfor universitetlərində biznesin inkişafı sahəsində mühazirələr oxuyan Riçard Rasmussen 26-30 iyunda Azərbaycanda səfərdədir.

Trend-in məlumatına görə, o, biznes inkubatorlarının və yerli universitetlərin təmsilçiləri ilə görüşərək biznes sahəsində ekoloji məsələlərin həll olunması barədə müzakirələr aparacaq.

R.Rasmussen həmçinin "Clean Tech Competition Program ClimateLaunchPad National Final" biznes müsabiqəsinin beynəlxalq hakimlərinin biri kimi iştirak edəcək. R.Rasmussen Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) və İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda görüşlər keçirərək investisiya siyasətini və Azərbaycan hökumətinin startap bizneslərinə verə biləcəyi köməyi müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti