...

"AzSığorta" dərmanları birbaşa ünvanınıza çatdıracaq

İqtisadiyyat Materials 18 Sentyabr 2018 15:12 (UTC +04:00)
Hər zaman müştərilərinin qayğısına qalan “AzSığorta” bu ənənəyə sadiq olduğunu bir daha sübut etdi.
"AzSığorta" dərmanları birbaşa ünvanınıza çatdıracaq

Bakı. Trend:

Hər zaman müştərilərinin qayğısına qalan “AzSığorta” bu ənənəyə sadiq olduğunu bir daha sübut etdi.

Şirkətin tibbi sığorta xidmətindən yararlanan müştərilər artıq dərman almaq üçün əczaxana axtarmayacaqlar, çünki lazım olan preparatlar müştərinin ünvanına çatdırılacaq.

Bunun üçün müştərinin sadəcə (050) 444-90-90 nömrəsinə lazım olan dərman preparatlarının siyahısını göndərməsi yetərlidir. Dərmanların çatdırılması üçün əlavə ödəniş tələb edilmir.

“AzSığorta” ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını təsdiq edərək, ona “B” reytinqini təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti