...

"AzSığorta" Bakıda keçirilən "Mübarizlər" yarışında iştirak edib

İqtisadiyyat Materials 2 Oktyabr 2018 14:37 (UTC +04:00)
"AzSığorta" artıq 3-cü dəfə "Mübarizlər" layihəsinin sponsoru olub.
"AzSığorta" Bakıda  keçirilən "Mübarizlər" yarışında iştirak edib

Bakı. Trend:

"AzSığorta" artıq 3-cü dəfə "Mübarizlər" layihəsinin sponsoru olub.

Trend-in məlumatına görə, şirkət "Gilan Holding", Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə sentyabrın 29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris mərkəzində keçirilmiş yarışda iştirak edib.

Müxtəlif fərdi şəxslərin, korporativ şirkətlərin iştirak etdiyi yarışa “AzSığorta” 2 komanda ilə qatılıb. Yarışın sonunda şirkətin hər iki komandası uğurla finişə çatıb. Şirkətin 1 nömrəli komandasının əməkdaşları isə 2 saat 52 dəqiqə nəticə görsədərək 29 şirkət arasında 15-ci yeri tutub.

“Mübarizlər” yarışı unikal və beynəlxalq statusa malik bir layihədir. İştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət ediblər. Daha sonra çempionat iştirakçıları uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayıblar.

Sığorta şirkəti olaraq "Azsığorta" – fəal istirahət zamanı hər hansı bir qəza baş verə biləcəyini nəzərə alaraq "Mübarizlər" iştirakçılarının sağlamlığı və təhlükəsizliyi üçün onları oyun zamanı sığortalayır.

“AzSığorta” ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “B” reytinqini təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti