...

Sığorta şirkəti rekord ödəniş həyata keçirib

İqtisadiyyat Materials 22 Oktyabr 2018 11:56 (UTC +04:00)
Sığorta şirkəti özü üçün rekord olan və ölkənin sığorta tarixində ən böyük ödənişlərdən birini həyata keçirib.
Sığorta şirkəti rekord ödəniş həyata keçirib

Bakı. Trend:

Sığorta şirkəti özü üçün rekord olan və ölkənin sığorta tarixində ən böyük ödənişlərdən birini həyata keçirib.

Ölkənin qida sənayesinin müəssisələrindən birində qısa qapanma nəticəsində yanğın baş vermişdir. Obyekt AZSIĞORTA tərəfindən sığortalanmışdır, hansı ki, sığorta hadisəsi üzrə 900 min manatdan artıq ödəniş edib.

Qeyd edək ki, AZSIĞORTA şirkəti əmlak sığortası sahəsində böyük təcrübəyə malikdir. Azərbaycanın regionlarında son bir neçə ildə 2 zəlzələ və bir neçə daşqın, Bakıda isə güclü külək və güclü leysan kimi təbiət hadisaləri baş verib. Operativ ödənişləri təşkil etmək üçün şirkət, hər belə hadisə zamanı gücləndirilmiş iş rejiminə keçməklə reaksiya verib. Misal üçün, bu yaxınlarda, sentyabr ayının 23-də Bakıda baş verən leysan zamanı birinci ödəniş artıq hadisədən 5 gün sonra edilib.

Ümumiyyətlə, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində fiziki və hüquqi şəxslər tərəfindən sığortalanan əmlaka görə AZSIĞORTA-nın ödənişləri 1,7 mln. manatı keçib.

AZSIĞORTA 2006-cı ildən bazarda fəaliyyət göstərir və Fitch Beynəlxalq reytinq agentliyi tərəfindən "B" sabitlik reytinqi alaraq, ölkənin ən stabil sığorta şirkətlərindən biri sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti