...

Bakıda təcili eniş etmiş təyyarənin sərnişinləri Moskvaya yola salınıb

İqtisadiyyat Materials 12 Mart 2019 12:04 (UTC +04:00)

Bakı. Trend:

Ötən gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş etmiş “Ural Hava Yolları” aviaşirkətinin təyyarəsinin sərnişinləri Moskvaya yola salınıb.

Bu barədə Trend-ə Beynəlxalq Hava Limanından məlumat veriblər.

Qeyd edək ki, Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus "Airbus A321" təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Hava Limanında müvəffəqiyyətlə eniş edib.

Hava gəmisinin qəza enişinə səbəb HG kapitanının təyyarədə bombanın olmasından şübhələnməsidir. Bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

Təyyarədə ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə 225 nəfər olub. Laynerə baxış keçirildikdən sonra partlayıcı maddə aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti