...

Özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı - VAXT (FOTO)

İqtisadiyyat Materials 16 Aprel 2019 01:01 (UTC +04:00)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 may tarixində növbəti hərrac keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə vətəndaşlar seçimlərini 15 səhmdar cəmiyyəti, 31 kiçik dövlət müəssisə və obyekti, 5 yarımçıq tikili və qeyri-yaşayış sahəsi, 7 nəqliyyat vasitəsi üzrə apara bilər.

Özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələrinin yerləşdiyi regionlar, fəaliyyət sahələri və qiymətləri müxtəlifdir. Bu kateqoriyaya aid olan dövlət əmlaklarının ümumi faydalı sahələri 7.5 kv.m ilə 9.2 min kv.m arasındadır. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Ən geniş torpaq sahəsi olan kiçik dövlət müəssisəsi Salyan rayonu, Peyk kəndindəki Yüksəliş yardımçı təsərrüfatıdır. Obyektin torpaq ərazisinin ümumi sahəsi 975 min kv.m-dir. İmişli şəhəri, H.Aslanov küçəsindəki Təmir-Tikinti Sahəsinin ümumi faydalı sahəsi 137.1 kv.m-dir. Bu dövlət obyekti 1864 kv.m-lik torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.

Qeyri-yaşayış sahələri Bakı və Gəncə şəhərlərində yerləşir. Paytaxtın Səbail rayonu, S.Vurğun küçəsindəki obyektin ümumi faydalı sahəsi 22.2 kv.m-dir. Xidmət obyekti kimi istifadə imkanı olan digər qeyri-yaşayış sahəsi isə Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsindədir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 29.4 kv.m-dir.

Müxtəlif rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri də hərraca çıxarılıb. Şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq “Xudat Kəndnəqliyyat”, “Kürdəmir Aqrotexservis”, “Nəvahi” kimi dövlət əmlaklarını göstərmək olar.

Nəqliyyat vasitələrinin isə buraxılış tarixləri 1994-2007 illəri əhatə edir. Qeyd edək ki, bu kateqoriyadan olan dövlət əmlakları "Nissan", "Mercedes", "Rexton" və digər markalara aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti