...

Baş nazir: Ümumdünya Gömrük Təşkilatı Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyir

İqtisadiyyat Materials 12 İyun 2019 12:51 (UTC +04:00)
Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır. Bu gün ölkəmizin davamlı inkişafını təmin etmək üçün çox vacib addımlar atılır.
Baş nazir: Ümumdünya Gömrük Təşkilatı Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyir

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır. Bu gün ölkəmizin davamlı inkişafını təmin etmək üçün çox vacib addımlar atılır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş Naziri Novruz Məmmədov bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgidə (WCO IT/TI Conference & Exhibition) bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) beynəlxalq tədbirinin Bakıda keçirilməsi çox mötəbər haldır

N.Məmmədov qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi bugünkü mötəbər tədbirdə dünyanın bir çox ölkələrinin gömrük xidmətləri öz təcrübələrini bölüşür, konfransın işi informasiya texnologiyaları sahəsinin inkişafına təkan verir. Gömrük sahəsində görülən işlər ölkənin dayanıqlı inkişafı üçün əhəmiyyət kəsb edir. Dövlət Gömrük Komitəsi informasiya sahəsində böyük nailiyyətlər qazanıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti