Azəri-Mərkəzi-Şərqi layihəsi üzrə müqavilələr imzalanıb

Azəri-Mərkəzi-Şərqi layihəsi üzrə müqavilələr imzalanıb

Bakı. Trend:

Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsi əsas müqavilələrin imzalanması ilə birlikdə sürətlə irəliləyir.

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi üzrə operator olan BP şirkətindən Trend-ə verilən məlumata görə, mühəndislik, tikinti və quraşdırma, layihələrin idarə edilməsi və digər xidmətləri əhatə edən müqavilələr 19 aprel 2019-cu ildə layihə üzrə elan olunmuş yekun investisiya qərarından (YİQ) sonra gələn addımdır. İmzalanan müqavilələr layihənin həyata keçirilməsi qrafikini müəyyən edir və yatağın işlənməsi üzrə bu irimiqyaslı layihədə iştirak edən çoxsaylı sahələrdə və istehsal sahələrində əldə olunmuş irəliləyişi tamamlayır.

YİQ elan edildikdən sonra ACE layihəsi üzrə aşağıdakı əsas müqavilələr imzalanıb:

ACE platformasının dayaq bloku və ətək payalarının quraşdırılması üzrə müqavilə “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanmışdır. Müqavilənin dəyəri 260 milyon dollara yaxındır.

Müqavilə üzrə iş həcmi istehsal sexləri və quraşdırma ilə əlaqədar mühəndislik, boru yayma işləri, dayaq bloku və ətək payalarının hazırlanması və yığılması, quraşdırma sistemlərinin istismara verilməsi, qurğunun yüklənib göndərilməsi və dənizdə yerinə bərkidilməsindən ibarətdir.

Bu müqavilə üzrə bütün tikinti və quraşdırma işləri yerli resurslardan, o cümlədən işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək. Tikinti işləri artıq başlamışdır və 2021-ci ildə başa çatdırılacağı gözlənilir.

İkinci müqavilə üzrə ACE platformasının üst modullarının hazırlanması və inteqrasiyası nəzərdə tutulur. Həmin müqavilə 2019-cu ilin iyulunda Azfen şirkəti ilə imzalanmışdır. Müqavilənin dəyəri 486 milyon dollardan artıqdır.

Bu müqavilə çərçivəsində işlər həcminə istehsal və quraşdırma mühəndisliyi, həmçinin platformanın üst modullarının hazırlanması, yığılması və birləşdirilməsi daxildir. Müqavilə üzrə nəzərdə tutulan işlərə ("National Oilwell Varco" şirkəti tərəfindən layihələndiriləcək) həmçinin yüngül bir qazma blokunun hazırlanması, istismara təhvil vermə işlərinə dəstək xidmətləri, yükləyib göndərmə, sazlama və dənizdə istismara təhvil vermə işlərinə dəstək də aiddir.

Üst modullar Bakı yaxınlığında Bibi-Heybətdəki istehsal sahəsində inşa olunacaq. Bu müqavilə üzrə tikinti işləri artıq başlamışdır və 2022-ci ildə başa çatdırılacağı gözlənilir.

Üst modulların qazma qurğusu ilə əlaqədar layihələndirilmə, tədarük və tikintiyə nəzarət üzrə müqavilə ABŞ-ın "National Oilwell Varco" (NOV) şirkəti ilə imzalanmışdır. Bu müqavilənin dəyəri 151 milyon dollardan çoxdur.

Bu müqavilə çərçivəsində işlər həcminə müfəssəl layihələndirmə, mühəndislik təminatı və avadanlığın tədarükü və qazma qurğusunun Bakıya çatdırılması daxildir. İşlər həcmi həmçinin üst modullar və qazma qurğusu istehsalçısının tikinti işlərinə, o cümlədən qazma qurğusunun hazırlanması, birləşdirilməsi, sazlanması və istismara verilməsi ilə əlaqədar fəaliyyətə nəzarət daxildir.

Platformanın yaşayış blokları ilə əlaqədar layihələndirmə, satınalma və tikinti müqaviləsi İsveçin "Emtunga Solutions AB" şirkəti ilə imzalanmışdır. Bu müqavilənin dəyəri 34 milyon dollara yaxındır. Layihələndirmə, satınalma və tikinti ilə yanaşı, işlər həcminə yaşayış bloklarının inteqrasiyası və istismara təhvil verilməsinə texniki dəstək də daxildir.

Bu müqavilə üzrə işlər artıq başlamışdır və 2022-ci ildə başa çatacağı gözlənilir. Yaşayış bloklarının yığılması və istismara verilməsi, Bakı yaxınlığında Bibi-Heybətdəki istehsal sahəsində, platformalar üçün üst modulların inşa olunacağı yerdə yerli resurslardan istifadə etməklə həyata keçiriləcək.

Layihələndirmə işlərinin icrası ilə əlaqədar müqavilə SOCAR-KBR MMC birgə müəssisə ilə imzalanmışdır. Müqavilənin dəyəri 76 milyon dollardan çoxdur.

Bu müqavilə üzrə işlər həcminə üst modullar, dayaq bloku və ətək payalarının layihələndirilməsi; AMŞ layihəsi üçün mövcud obyektlərin yenilənməsi işləri; sualtı qurğular üçün sistemin layihələndirilməsi üzrə mühəndislik işləri; layihənin idarə edilməsi - materialların idarə edilməsi, işçi münasibətlərinin idarə edilməsi, məlumatların idarə edilməsi; tədarük üzrə dəstək; keyfiyyətin idarə edilməsi və tikinti sahəsində dəstək daxildir. Bu müqavilə üzrə işlər başlamışdır və SOCAR-KBR şirkətinin Böyük Britaniyadakı Leatherhead və Bakıdakı mühəndislik ofisləri vasitəsilə yerinə yetirilir.

Yüklərin idarə edilməsi xidmətləri ilə əlaqədar müqavilə Regional Çərçivə Sazişi çərçivəsində 2019-cu ilin avqustunda "Transglobal Projects" (TGP) MMC ilə imzalanmışdır.

Bu müqavilə çərçivəsində işlər həcminə materialların və avadanlıqların təchizatçıların obyektlərindən toplanması və Bakıdakı sahələrə çatdırılması, o cümlədən gömrük rəsmiləşdirməsi daxildir. Bu müqavilə üzrə göstəriləcək xidmətlər nəqliyyatın bütün növlərini, o cümlədən beynəlxalq və daxili avtomobil nəqliyyatı, çay gəmiləri, barjalar, dəniz nəqliyyatı, hava nəqliyyatı ilə daşıma haqqında razılaşmalar, yüklərin hava nəqliyyatı və dəmir yolu ilə daşınmasını əhatə edir.

BP şirkətinin layihələr üzrə vitse-prezidenti Yuan Drummond belə demişdir: “BP operator olaraq ACE layihəsini etibarlı, səmərəli və qrafikə uyğun şəkildə həyata keçirmək üçün əsas müqavilələrin ilk paketinin imzalandığını elan etməkdən məmnundur. AÇG sazişinin imzalanmasının 25-ci ildönümünü qeyd etdiyimiz zaman vurğulamaq yerinə düşər ki, AÇG üzrə əsas nailiyyətlərdən biri layihələrimizdə yerli resursların yüksək səviyyədə cəlb olunmasıdır. ACE layihəsi üzrə imzalanmış müqavilələr də bunu aydın şəkildə göstərir. İmzalanmış bu müqavilələr AÇG üzrə tərəfdaşların Azərbaycanın yerli resurslarından istifadəni optimallaşdırmaq öhdəliyini bir daha nümayiş etdirir. Bu il başlamış və 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti işləri yerli resurslardan istifadə etməklə ölkə daxilində yerinə yetirilir və pik səviyyədə tikinti işləri üçün 8000-ə qədər iş yerinin açılacağı gözlənilir.”

Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
Yaponiyanın şimal-şərqində zəlzələ olub
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Loading Bars
Xəbər lenti
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
"Facebook Messenger"in işində problemlər yaranıb
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Niderlandda komendant saatı martın 31-dək uzadılıb
Britaniyada daha 4 712 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
ABŞ Ali Məhkəməsi Trampın seçkilərin yekunları üzrə son apellyasiya şikayətini rədd edib
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,63 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Bütün xəbərlər