...

İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və 1 şərab evi açılacaq (YENİLƏNİB)

İqtisadiyyat Materials 20 Sentyabr 2019 11:39 (UTC +04:00)
İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və 1 şərab evi açılması nəzərdə tutulur.
İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və 1 şərab evi açılacaq (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və 1 şərab evi açılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Çində Azərbaycanın məhsullarının tanıdılması davam edəcək: “Bu gün Çinin CAMCE şirkəti ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında imzalanan anlaşma memorandumu işlərin daha da sürətlənməsinə imkan verəcək”.

Ş.Mustafayev əlavə edib ki, Çin tərəfi ilə ixrac imkanlarını genişləndirmək gündəmdə duran məsələdir: "Cari ilin son 6 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2-3 dəfə artaraq 1, 6 milyard dollar təşkil edib. Azərbaycandan ixrac olunan əsas məhsullar isə neft məhsulları olub. Biz qeyri-neft məhsullarının ixrac həcminin artırılması istiqamətində işləyirik".

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda 119 şirkət Çin kapitalı ilə fəaliyyət göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti