...

Çindən Avropaya yüklərin daşınmasında Azərbaycanın təqdim etdiyi tranzit daşımalarla bağlı imkanlar çox perspektivlidir - Deputat

İqtisadiyyat Materials 7 Oktyabr 2019 17:37 (UTC +04:00)
Azərbaycan-Çin Xalq Respulikası arasındakı münasibətlər strateji xarakter daşıyır və iqtisadi əməkdaşlıq imkanları çox böyükdür.
Çindən Avropaya yüklərin daşınmasında Azərbaycanın təqdim etdiyi tranzit daşımalarla bağlı imkanlar çox perspektivlidir - Deputat

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan-Çin Xalq Respulikası arasındakı münasibətlər strateji xarakter daşıyır və iqtisadi əməkdaşlıq imkanları çox böyükdür.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Çin dünyanın ən böyük iqtisadiyyatı olan ölkəsidir: "Azərbaycan Çinin "Bir Kəmər, Bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir. Azərbaycanın həyata keçirdiyi Şərq-Qərb nəqliyyat dəhlizi və Trans-Xəzər nəqliyyat dəhlizi layihələrinin reallaşması Çin-Azərbaycan iqtisadi əlaqələrində yeni bir mərhələ açdı. Bir kəmər, Bir yol Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində cənab İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında gələcək iqtisadi əlaqələrin genişləndirilməsi ətrafında geniş müzakirələr aparıldı, Çin şirkətlərinin Azərbaycana investisiyalar yatırması ilə əlaqədar razılıqlar əldə olundu".

A.Badamov vurğulayıb ki, Çindən Avropaya göndərilən yüklərin daşınmasında Azərbaycanın təqdim etdiyi tranzit daşımalarla bağlı imkanlar çox səmərəlidir və perspektivlidir: "Azərbaycan Çində ticarət evləri, şərab evləri, ticarət nümayəndəlikləri açır və ixrac missiyaları həyata keçirir. Bu da ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının Çin bazarına ayaq açmasına şərait yaradacaq. Azərbaycan-Çin münasibətlərinin inkişafı çinli turistlərin ölkəmizə cəlb edilməsi baxımından da vacibdir. Ümumiyyətlə, Çin-Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir və möhkəmlənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti