Bakı. Trend:
Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir.
Azərbaycan Respublikasının aparıcı kommersiya qurumlarından biri kimi Premium Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. Bank, fondun hesabına virusla mübarizə məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının kifayət qədər geniş coğrafiyada yayılmasını nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatı bu infeksiyanı qlobal pandemiya elan edib. Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan dövləti ardıcıl və çoxşaxəli tədbirlər həyata keçirməkdədir.
Premium Bank ölkədə yaranmış karantin rejimini nəzərə alaraq, hazırda müştərilərə bank xidmətlərindən onlayn rejimdə faydalanmağa tövsiyə edir.
Bankın məhsul və xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az saytına və ya bankın www.fb.com/premiumbank.az rəsmi Facebook səhifəsinə daxil olun və ya (012) 931 nömrəsi ilə Məlumat Mərkəzinə zəng edin.