...

Dövlət Neft Fondu Şimali Amerika ölkələrində investisiya portfelini genişləndirib

İqtisadiyyat Materials 17 Aprel 2020 13:37 (UTC +04:00)
Dövlət Neft Fondu Şimali Amerika ölkələrində investisiya portfelini genişləndirib

Bakı. Trend:

Cari ilin ilk rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Şimali Amerika ölkələrinə investisiyalarını artırıb.

Trend Dövlət Neft Fondunun 2020-ci ilin 3 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il martın 31-nə Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 27,22 faizi Şimali Amerika təşkil edib. Ötən ilin sonuna olan məlumata görə isə ARDNF-in coğrafi regionlar üzrə təsnifatında 24,91 faizi Şimali Amerika təşkil edirdi. Beləliklə də, cari ilin yanvar-mart aylarında Neft Fondu Şimali Amerika ölkələrinə investisiyalarını 2,31 faiz artırıb.

Dövlət Neft Fondunun Avstraliya-Yeni Zelandiyaya investisiyaları isə azalıb. Belə ki, Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında bu ölkələrə investisiyalar cari ilin ilk rübündə keçən ilin sonu ilə müqayisə 2,04 faizdən 1,09 faizə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti