Bakı. Samir Əli - Trend:
İsmayıllı rayonunda bio smart dayanacaq-pavilyon istehsalı zavodunun inşası nəzərdə tutulur.
Bu barədə Trend-ə İsmayıllı Rayon İcra Hakmiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, artıq həmin pavilyondan biri istehsal edilərək rayon mərkəzində quraşdırılıb:
"Yaxın vaxtlarda daha bir pavilyon istehsal edilərək şəhər ərazisində quraşdırılacaq. Pavilyon əsasən avtobus dayanacaqları üçün nəzərdə tutulub. Dayanacaq-pavilyon iki hissədən, 8 oturacaqdan ibarətdir. Gələcəkdə bu tip pavilyon istehsal edən zavodun tikintisi nəzərdə tutulur".