...

Unicapitalın xalis mənfəəti 31% artıb (FOTO)

İqtisadiyyat Materials 30 İyul 2020 20:27 (UTC +04:00)
Unicapitalın xalis mənfəəti 31% artıb (FOTO)

Bakı. Trend:

“Unicapital” İnvestisiya Şirkəti 2019-cu ilin maliyyə nəticələrini açıqlayıb. Ötən ilin nəticələrinə görə, 2018-ci il illə müqayisədə 2019-cu ildə “Unicapital”ın əməliyyat gəlirləri 32% artıb, xalis mənfəəti isə 31% çoxalıb.

Unicapital 2019-cu ili 5 837 634 manat aktivlərlə başa çatdırıb ki, bu da əvvəlki illə müqayisədə 56% çoxdur. 2019-cu ilin sonuna Şirkətin ümumi kapitalı 1 430 016 manat təşkil edib. Ümumi kapitalın gəlirliyi isə 31.89% olub.

Nizamnamə kapitalı 100%-lik "Unibank"a məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.

Unicapital yerli və xarici bazarlarda qiymətli kağızlara yatırımı, qiymətli kağızların kapital bazarlarına buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərir. “Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti