...

BTQ dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb

İqtisadiyyat Materials 14 Dekabr 2020 12:46 (UTC +04:00)
BTQ dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "“ADY Express" MMC-dən bildiriblər. 15 mininci konteyner Türkmənistan-Türkiyə marşrutu ilə hərəkət edən qatarın tərkibində olub.

"40 futluq konteyner Türkmənbaşı limanından operatoru "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti – "ADY Konteyner" olan “Silver Star”fider gəmisi vasitəsilə Bakı limanına çatdırılıb. Daha sonra ölkəmizin ərazisindən keçərək Gürcüstanın Axalkalaki stansiyasına, oradan isə Türkiyəyə yola salınıb.

15 mininci konteynerlə Türkiyəyə polipropilen daşınıb. Daşımanı “ADY Konteyner” şirkəti həyata keçirib.

2017-ci il oktyabrın 30-da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, indiyədək bu dəmir yolu ilə ümumilikdə 21 260 TEU konteyner daşınıb. Bu ilin əvvəlindən isə bu rəqəm 10 779 TEU olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti