...

Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard dolları keçib

İqtisadiyyat Materials 16 Avqust 2021 17:44 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard dolları keçib

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanın 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17,691 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz çoxdur.

Trend-in məlumatına görə, xarici ticarət dövriyyəsində ixracın payı 11,393 milyard dollar və ya 64,4 faiz olub. Bu da 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 24,7 faiz çoxdur.

Azərbaycanın yanvar-iyul aylarında idxalı da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 6,297 milyard dolları ötüb. Xarici ticarət dövriyyəsində idxalın payı 35,6 faiz təşkil edib.

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti