...

Hədəfimiz Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır - Səfirin müşaviri

İqtisadiyyat Materials 12 Oktyabr 2021 10:34
Hədəfimiz Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır - Səfirin müşaviri

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli -Trend:

Hədəfimiz Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyə İxracatçılar Məclisinin (TİM) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkiyə Biznes Forumunda Türkiyənin Azərbaycandakı səfirinin ticarət müşaviri Yaqub Səfər deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın hər zaman yaxşı münasibətləri olub, lakin Azərbaycan torpaqlarının azad edilməsindən sonra ölkələrimiz arasındakı əlaqələr daha fərqli bir müstəviyə keçib:

"Hazırda Azərbaycanın məhsul idxalında ilk sırada Rusiya, ikinci yerdə Türkiyədir. Hədəfimiz ilk sırada olmaqdır. Azərbaycan Xəzər üzərindən ticarət dövriyyəsi üçün önəmli coğrafi mövqedə yerləşir. Ələt limanının yenilənməsi Türkmənistan, Qazaxıstan və Özbəkistana ixrac üçün önəmlidir. Həmçinin Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirəcək bu layihə həyata keçərsə, nəqliyyat- ticarət sahəsində ciddi irəliləyişin şahidi olacağıq. Hazırda 4 milyard dollara yaxın ticarət dövriyyəmiz var, hədəfimiz bu rəqəmi 15 milyard dollara çatdırmaqdır".

Qeyd edək ki, tədbirdə hökumət rəsmiləri və 80-ə yaxın sahibkar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti