...

Səfərlərin hələki yalnız Şuşa və Ağdama təşkili təhlükəsizliklə bağlıdır - Rəhman Hümmətov

İqtisadiyyat 18 Yanvar 2022 11:59 (UTC +04:00)
Səfərlərin hələki yalnız Şuşa və Ağdama təşkili təhlükəsizliklə bağlıdır - Rəhman Hümmətov

Bakı. Elçin Mehdiyev – Trend:

Hazırda azad edilmiş ərazilərə müntəzəm avtobus marşurutların yalnız Şuşa və Ağdam istiqamətində təşkil edilməsi ilk növbədə təhlükəsizliklə bağlıdır.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, hazırda təhlükəsizlik tədbirləri və infrastrktur Şuşa və Ağdama səfərlərin təşkil edilməsinə imkan verir.

Digər azad edilmiş ərazilərə səfərlərin təşkilinə gəlincə isə R.Hümmətov vurğulayıb ki, gələcəkdə təhlükəsizlik tədbirləri, ifrastruktur imkan verdiyi təqdirdə və eyni zamanda əhalinin sosial sifarişi nəzərə alınmaqla digər ərazilərə marşurutların açılması ilə bağlı qərarlar veriləcək, ancaq hazırda bu haqda məlumat vermək, konkret fikir söyləmək çətindir.

Xəbər lenti

Xəbər lenti