...

Azərbaycan məhsullarının Macarıstana ixracının artırılması istiqamətində tədbirlər görülür - AQTA sədri

İqtisadiyyat Materials 3 Fevral 2022 11:35 (UTC +04:00)
Azərbaycan məhsullarının Macarıstana ixracının artırılması istiqamətində tədbirlər görülür - AQTA sədri

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan məhsullarının Macarıstana ixracının artırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də digər dövlət qurumları ilə bərabər müvafiq tədbirlər görür.

Trend-in məlumatına görə, bunu AQTA sədri Qoşqar Təhməzli bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası zamanı deyib.

O qeyd edib ki, bu gün Agenlik ilə Macarıstan kənd təsərrüfatı nazirliyi arasında qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanacaq.

“İnanıram ki, bu sənəd iki ölkə arasında idxal-ixrac prosedurlarının sadələşdirilmsinə, kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artmasına mühüm töhfə verəcək”, - deyə Q.Təhməzli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti