...

ASK yerli sahibkarların digər ölkələrin biznes strukturları ilə əməkdaşlığını təmin edir (VİDEO)

İqtisadiyyat Materials 18 Fevral 2022 20:20 (UTC +04:00)
ASK yerli sahibkarların digər ölkələrin biznes strukturları ilə əməkdaşlığını təmin edir (VİDEO)

Bakı. Sədrəddin Ağcayev -Trend:

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) yerli sahibkarların digər ölkələrin biznes strukturları ilə fəal əməkdaşlığını təmin edir.

Bunu Trend-ə müsahibəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.

Onun sözlərinə görə, konfederasiya 50-dən çox ölkədə analoji strukturlarla əməkdaşlıq edir və 28 ölkədə nümayəndəliyə malikdir.

"Həmçinin, biz TürkPA, İpək Yolu Beynəlxalq Ticarət Palatası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda təmsil olunuruq", - deyə o bildirib.

V.Zeynalov qeyd edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası turizm komissiyası fəaliyyət göstərir və bu sektorun inkişafının monitorinqini keçirir, müzakirələr aparır və hökumətə turizmin inkişafı ilə bağlı tövsiyələr təqdim edir.

O əlavə edib ki, konfederasiya öz fəaliyyəti çərçivəsində ölkədə sahibkarlara qeyri-maliyyə dəstəyi göstərir, xüsusilə, treninqlər, seminarlar keçirir, konsaltinq xidmətləri göstərir, eləcə də iş adamlarının maraqlarını yerli və beynəlxalq səviyyədə təmsil edir.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti