...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 1 Mart 2022 10:23 (UTC +04:00)

Bakı. Nəzrin İsrafilova - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 102,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,19 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,03 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 84,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,72 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 103,2 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,7 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti