...

Milli Məclis “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsini I oxunuşda qəbul edib

İqtisadiyyat Materials 5 Aprel 2022 17:03 (UTC +04:00)
Milli Məclis “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsini I oxunuşda qəbul edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend.

Milli Məclisin bu gün keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, layihə barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, təqdim olunan sənəd Prezident İlham Əliyevin “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yaradılması barədə göstərişinə uyğun hazırlanıb.

İnvestisiyaların iqtisadiyyatda mühüm rol oynadığı deyən komitə sədri regionda investisiya cəlbediciliyi ilə seçilən ölkə kimi Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalarla bağlı göstəriciləri açıqlayıb. O, keçən dövr ərzində Azərbaycan iqtisadiyyatının struktur və məzmunca xeyli dəyişdiyini, yeni çağırışlar fonunda yeni tənzimləmələrin aktuallaşdığını qeyd edib. Bu cəhətdən müzakirəyə təqdim olunan layihənin əhəmiyyətini vurğulayıb, ümumi çərçivə xarakteri daşıdığını bildirib və sənədi iqtisadiyyatın strukturunun, biznes mühitinin təkmilləşməsi, investisiya cəlbediciliyinin artırılması baxımından irəliyə doğru atılmış mühüm bir addım kimi xarakterizə edib.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti