Bakı. Trend:
"Bakı Metropoliteni" QSC Rusiyadan alınan 5 yeni qatar tərkibi olan 20 yeni vaqonun gətirilməsi ilə bağlı danışıqlar aparır.
Bunu Trend-in sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda qatarların gətirilməsi ilə bağlı dəqiqləşdirmələr aparılır.
"2019-cu ildə Bakı metropoliteni ilə Rusiyanın "Metrovaqonmaş" şirkəti arasında başğlanmış müqaviləyə əsasən, bu il daha 20 yeni vaqon Bakıya gətirilməlidir. Vaqonların gətirilməsi iyun-iyul aylarına planlaşdırılır. Hazırda həmin qatarların ölkəyə gətirilməsi ilə bağlı dəqiqləşdirmə və araşdırma işləri aparılır", - B.Məmmədov deyib.