...

Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edib

İqtisadiyyat Materials 11 May 2022 11:35 (UTC +04:00)
Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı. Trend:

Rusiyanın "Azimut" aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşları bərpa edib.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava limanından bildiriblər.

Qeyd olunur ki, mayın 30-dək reyslər həftədə üç dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə günlər həyata keçiriləcək.

"Çərşənbə və bazar günləri bu reyslər Mineralnıe Vodı hava limanında eniş etməklə həyata keçiriləcək", - hava limanından bildiriblər.

Cədvələ əsasən, təyyarə Bakıda saat 03:20-də eniş edəcək, saat 03:50-də isə yola düşəcək.

xxx

11:27

Rusiyanın "Azimut" aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə reysi təxirə salıb.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Mənbənin məlumatına görə, təyyarə Bakıda mayın 11-də saat 03:20-də eniş etməli idi.

"Daşıyıcı Rusiya aviaşirkəti olduğu üçün reysin təxirə salınmasının səbəbi məlum deyil", - hava limanından bildiriblər.

Qeyd edək ki, "Azimut" aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşları mayın 9-dan bərpa etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti