...

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan çox olub

İqtisadiyyat Materials 31 May 2022 12:38 (UTC +04:00)
Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan çox olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə 3,8% çox olub, büdcə gəlirlərinin artımının əsas mənbəyini hasilatın pay bölgüsü üzrə mənfəət vergisi, əlavə dəyər vergisi (ƏDV), gəlir vergisi, gömrük rüsumu, dövlət rüsumu təşkil edib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında - “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O qeyd edib ki, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər və dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərə ümumilikdə 130 milyon manat məbləğində əməl olunmayıb.

Onun sözlərinə görə, hesabat ilində orta illik neft qiymətlərinin artımı fonunda Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert məbləğinə qənaət edilməsi səbəbindən neft sektoru üzrə gəlirlərin proqnozu kəsirlə icra edilib.

“Eyni zamanda, xüsusilə vurğulayım ki, 2021-ci ildə neft sektoru üzrə büdcə ödənişləri proqnozla yanaşı, həm də 2019-2020-ci illərlə müqayisədə azalıb”, - deyə V.Gülməmmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti