Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qırğızıstanın “Ayıl Bank”nın sədr müavini Maksat Erjanov və İslam Maliyyə Fondunun idarəedici direktoru T.L.Kərimbayev ilə görüşüb.
Agentlikdən Trend-ə verilən məlumata görə, Misirdə keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunmuş görüşdə KOB-ların maliyyələşdirilməsinə, bu sahədə alternativ maliyyə alətlərinə dair fikir mübadiləsi aparılıb.