Bakı. Trend:
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzərində işləmək lazımdır.
Trend-in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bakıda Qazaxıstan istehsalçılarının ticari-iqtisadi missiyası zamanı deyib.
Onun sözlərinə görə, bu ilin sonunadək həmin marşrutla yük daşımalarının altı dəfə artacağı gözlənilir.
"Post-pandemiya dövründə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi artıb, birbaşa aviareyslər işə salınıb. Bugünkü missiya ticari-iqtisadi əməkdaşlığın artımına xidmət edəcək", - səfir deyib.
Səfir xatırladıb ki, 2022-ci ilin avqustunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq.
"Bu il Qazaxıstan prezidentinin Azərbaycana səfəri gözlənilir. Səfər zaman bir sıra sənədlərin imzalanması nəzərdə tutulub", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)