...

Bu il Azərbaycanda elektron ticarət dövriyyəsi üç dəfə artıb

İqtisadiyyat Materials 10 İyun 2022 12:15 (UTC +04:00)
Bu il Azərbaycanda elektron ticarət dövriyyəsi üç dəfə artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycanda ötən ilə nisbətən elektron ticarət dövriyyəsi üç dəfə artıb.

Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

Onun sözlərinə görə, ötən il bu rəqəm yanvar-aprel aylarında 421 milyon manat təşkil etdiyi halda bu il 1 milyard 310 milyon manatı ötüb.

"Bu da onu deməyə əsas verir ki, ölkəmizdə elektron ticarət gündən-günə artır. Vətəndaşlarımız əsasən Türkiyə və Çinlə elektron ticarət edirlər. Vətəndaşlarımız həmin ölkələrdən əsasən elektronika avadanlıqları və geyim sifariş edirlər. Elektron ticarət getdikcə ənənəvi ticarəti sıradan çıxaracaq. Onlayn ticarətin ən müsbət cəhətləri məhsulların geniş çeşidi, ucuz və əlçatanlı olmasıdır. Burda rəqabət imkanları geniş olduğundan qazanan istehlakçı olur. Bəzən elektron ticarət milli iqtisadiyyata da mənfi təsir göstərir. Yerli şirkətlər xarici şirkətlərlə rəqabətdə uduzur. Son illər ölkəmizdə də bu sahədə irəliləyişlər var. Bu əsasən qida sektorunda özünü göstərir. Belə ki, qida sektorunda elektron ticarətin artımı 100%-dən çoxdur. Lakin istehsal və emal sənayesində elektron ticarət yerli şirkətlərə zərbə vurur", - deyə ekspert bildirib.

Ekspert bildirib ki, ümumi götürsək postpandemiya dövrü başlayandan elektron ticarət vətəndaşlarımızın həyatında mühüm yer tutmağa başlayıb.

"Vətəndaşlarımızın xarici ölkələrdən onlayn sifarişə üstünlük verməsi qiymətlərin daha aşağı olmasıdır. Bunun da əsas səbəbi həmin ölkələrin xammalı öz ölkələrində istehsal etməsidir", - ekspert E.Kərimli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti