...

"PAŞA Bank" "Apple Pay" sistemindən istifadə edən müştərilərinin sayını açıqlayıb

İqtisadiyyat Materials 28 İyun 2022 11:44 (UTC +04:00)
"PAŞA Bank" "Apple Pay" sistemindən istifadə edən müştərilərinin sayını açıqlayıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda "PAŞA Bank"ın "Apple Pay" təmassız ödəniş sistemindən istifadə edən müştərilərinin sayı 7 min nəfərə çatır.

Trend-in məlumatına görə, bunu bankın baş direktoru və İdarə heyətinin sədri Cavid Quliyev 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, 2021-ci ildə bank öz müştərilərinə onlayn kredit almaq xidmətini təqdim edib.

"Bu platformadan həm biznes, həm də istehlak kreditləşməsi üçün istifadə etmək olar. Bu platforma vasitəsilə iki mindən çox kredit verilib", - C.Quliyev deyib.

Onun sözlərinə görə, "PAŞA Bank"ın ötənilki nağdsız dövriyyəsi ümumi dövriyyənin 40 faizini təşkil edib.

C.Quliyev əlavə edib ki, bu il bank korporativ seqmentin xidmət və məhsullarını inkişaf etdirməyi planlaşdırır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti